Somalidə 60-a yaxın terrorçu məhv edilib

Somalidə ABŞ hərbçilərinin endirdiyi hava zərbəsi nəticəsində “Əş-Şəbab” terrorçu qruplaşmasının 60-dək yaraqlısı məhv edilib.

Azadinform “RİA Novosti”yə istinadən xəbər verir ki, ABŞ-ın Afrika komandanlığı əməliyyatın oktyabrın 12-də keçirildiyini açıqlayıb. 

Məlumata görə, mülki şəxslər arasında zərərçəkən olmayıb. 

Xatırladaq ki, ötən ilin noyabr ayında Somalidə ABŞ Hərbi Hava Qüvvələrinin bir hava zərbəsi nəticəsində 100-ə yaxın terrorçu məhv edilmişdi.

16.10.2018 23:21 / Baxılıb: 80 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    20.11.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo