ETSN: "Badamdarda sürüşmə sahəsində aktivlik davam edir"

AZADİNFORM. Badamdardakı sürüşmə zonasında aktivlik davam edir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan Qərargahdan Azadinform-a verilən məlumata görə, saat 21:00-a olan monitorinqlərin nəticələrinə əsasən, sürüşmə kütləsinin həm cənub, həm də şimal hissəsində torpaq qatının kənarlarında xırda çatlar əmələ gəlib.

"Sürüşmə kütləsinin həm cənub, həm də şimal hissəsində torpaq qatının kənarlarında xırda çatlar müşahidə edilib və bu da sürüşmə kütləsinin ölçülərinin artması ilə müşayət oluna bilər", - deyə məlumatda bildirilir.

16.10.2018 22:54 / Baxılıb: 154 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    16.11.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo