UEFA Rumıniya yığmasına qarşı intizam işi açıb

UEFA Rumıniya yığması barədə intizam işi açıb. 

Azadinform qurumun saytına istinadən xəbər verir ki, araşdırma Millətlər Liqasının IV turunda evdə Serbiya yığmasına qarşı keçirilmiş oyunla bağlı aparılacaq.

İntizam işi reqlamentin 3 bəndi üzrə açılıb. Komanda azarkeşlərinin intizamsızlığına görə ittiham olunur. Fanatlar sözügedən qarşılaşmada irqçi ifadələr işlədib, meydana girib, həmçinin pirotexniki vasitələrdən istifadə ediblər. 

Bu məsələyə oktyabrın 25-də baxılacaq.

Qeyd edək ki, Rumıniya - Serbiya matçı 0:0 hesabı ilə başa çatıb. 

16.10.2018 21:48 / Baxılıb: 78 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    17.11.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo