Səudiyyə Ərəbistanının İstanbuldakı baş konsulu ölkəsinə qayıdıb

Səudiyyə Ərəbistanının İstanbuldakı baş konsulu Məhəmməd İbrahim əl-Üteybi jurnalist Camal Qaşıqçının itkin düşməsi qalmaqalına görə ölkəsinə qayıdıb.

Azadinform “Habertürk”ə istinadən xəbər verir ki, diplomat Türkiyə vaxtı ilə saat 17:00-da Atatürk Hava Limanından “Saudia” aviaşirkətinə məxsus təyyarə ilə Ər-Riyada yola düşüb.

"Anadolu" agentliyinin məlumatına görə, jurnalistin itkin düşməsini araşdırmaq üçün Türkiyə ilə Səudiyyə Ərəbistanının yaratdığı müştərək istintaq qrupu baş konsulun iqamətgahında axtarış aparmalı idi.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı vətəndaşı, “Vaşinqton post” qəzetinin əməkdaşı Camal Qaşıqçı oktyabrın 2-də Krallığın İstanbuldakı Baş Konsulluğunun binasına daxil olduqdan sonra itkin düşüb.

16.10.2018 21:37 / Baxılıb: 77 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    17.11.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo