Neyroşəbəkə zəlzələni proqnozlaşdıracaq

Tokio Universitetinin tədqiqatçıları geomaqnit sahəsində lokal dəyişiklikləri insandan daha tez ölçən neyroşəbəkə hazırlayıblar. Texnologiya zəlzələ və sunamilərin proqnozlaşdırılmasının dəqiqliyini artırmağa imkan verəcək.

Azadinform xarici KİV-ə istinadən xəbər verir ki, zəlzələ və ya sunamilər zamanı pyezomaqnit adlanan effekt baş verir – parçalanma nəticəsində çıxan böyük miqdarda enerji geomaqnit sahəsinin lokal dəyişikliyinə səbəb olur.

Məlumata görə, təbii fəlakətlərin proqnozlaşdırılması zamanı əsas vəzifə dəyişiklikləri izləmək və əhalini ikinci dağıdıcı dalğa yaşayış ərazilərinə yaxınlaşmazdan əvvəl xəbərdar etməkdən ibarətdir.   

Seysmoloqlar tərəfindən neyroşəbəkəyə Yaponiya ərazisində yüzlərlə nöqtədə maqnit sahəsində baş verən tarixi dəyişikliklər üzrə aparılan müşahidələr haqqında məlumatlar yüklənilib. Nəticədə onlar təbii fəlakətlərlə əlaqədar dəyişiklikləri təxminən 100 faiz dəqiqliklə proqnozlaşdıran süni intellekt yaratmağa nail olublar.

16.10.2018 20:46 / Baxılıb: 76 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    18.11.2018
    17.11.2018
     
    © 2018 All right reserved www.azadinform.az Powered by Danneo