Medvedev: Ötən il Rusiyaya kiberhücumlardan 9 milyard dollardan artıq ziyan dəyib

“Ötən il Rusiyaya kiberhücumlardan 600 mlrd. rubl (təxminən, 9,2 mlrd. dollar) ziyan dəyib”.

Azadinform “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu ölkənin baş naziri Dmitri Medvedev Moskvada keçirilən “İnnovasiya açılışı -2018” adlı beynəlxalq forumda bildirib.

Hökumət başçısı qeyd edib ki, ekspertlərin hesablamalarına görə, 2017-ci ildə kiberhücumlar dünya iqtisadiyyatına 1 trln. dollar məbləğində ziyan vurub. Bunun isə bir hissəsi Rusiyanın payına düşüb. 

“Bu, iqtisadiyyatımız üçün kifayət qədər əhəmiyyətli vəsaitdir” - deyə o, qeyd edib. 

16.10.2018 20:05 / Baxılıb: 97 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    20.11.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo