Tramp yenidən prezident seçilmək üçün 106 milyon dollar toplayıb

ABŞ Prezidenti Donald Tramp 2020-ci ildə yenidən bu posta seçilmək üçün cari ilin iyul-avqust aylarında 18 milyon dollar toplayıb.

Azadinform CNN-ə istinadən xəbər verir ki, bu barədə Federal Seçki Komissiyası məlumat yayıb.

Seçkinin keçirilməsi kampaniyası üzrə Komitə Respublikaçılar Partiyasının Milli Komitəsi ilə birlikdə, ümumilikdə, 106 milyon dollardan çox maliyyə vəsaiti toplayıb. İanəçilərin 98 faizi D.Trampa 200 dollardan çox pul veriblər.

Qeyd edək ki, ABŞ-ın keçmiş Prezidenti Barak Obama yenidən seçilmək üçün prezidentliyinin 3-cü ilində vəsait toplamağa başlayıb. Donald Tramp isə 1 il 9 aydır Ağ Evə başçılıq edir. 

16.10.2018 19:07 / Baxılıb: 109 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    16.11.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo