Prezident AMEA İqtisadiyyat İnstitutunun əməkdaşlarını təltif edib

Samir Soltanov/AZADİNFORM. Prezident İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyası İqtisadiyyat İnstitutunun əməkdaşlarının “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. 

Azadinform xəbər verir ki, sərəncamda qeyd edilir ki, Azərbaycanda iqtisad elminin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslər “Tərəqqi” medalı ilə təltif edilsinlər:


Hüseynov Tofiq Həsən oğlu

Muradov Allahyar Niyaz oğlu.


Prezident İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyası İqtisadiyyat İnstitutunun əməkdaşlarının “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda qeyd edilir ki, Azərbaycanda iqtisad elminin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslər “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilsinlər:


Əliyev Tərbiz Nəsib oğlu

İmanov Nazim Müzəffər oğlu

Musayev Akif Fərhad oğlu

Sultanova Rəna Polad qızı

Yüzbaşıyeva Gülşən Zahid qızı.

16.10.2018 18:45 / Baxılıb: 101 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    20.11.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo