Mobil operatorlar 646 milyon manat qazanıb

Samir Soltanov/AZADİNFORM. 2018-ci ilin yanvar-sentyabr ayları ərzində informasiya və rabitə müəssisələri 1 milyard 357,2 milyon manatlıq xidmət göstərib. 

Azadinform xəbər verir ki, göstərilən xidmətin 72,5 faizi əhali tərəfindən istehlak olunub.   

2017-ci ilin eyni dövrü ilə müqayisədə informasiya və rabitə xidmətlərinin dəyəri real ifadədə 7,7 faiz artıb, bu sahədə əldə edilmiş gəlirin 81,6 faizi qeyri-dövlət sektorunun payına düşüb. 

Xidmətlərdən əldə edilən gəlirin 47,6 faizi və ya 646 milyon manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.

16.10.2018 18:02 / Baxılıb: 162 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    18.11.2018
    17.11.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo