ADU-da alman dili müəllimlərinin görüşü keçirilib

AZADİNFORM. Azərbaycan Dillər Universitetində (ADU) alman dili müəllimlərinin görüşü keçirilib.

ADU-dan Azaadinform-a verilən məlumata görə, rektor akademik Kamal Abdulla təbriklərini çatdırıb. Daha sonra Azərbaycanda Alman dili Müəllimlər Birliyinin sədri Lətifə Qurbanova Birliyin İdarə heyətini görüş iştirakçılarına təqdim edib.

Görüşdə Göte İnstitutunun tədris məsələləri üzrə eksperti Ayke Pokrandt “Azərbaycanda Göte İnstitutunun fəaliyyətinə dair”, Zəhra Alıyeva Alman dili tədrisi Mərkəzinin fəaliyyətinə dair, Mina Rzayeva “YFU-Azərbaycan” şagird mübadiləsi proqramının fəaliyyətinə dair və Lətifə Qurbanova Azərbaycan Alman dili Müəllimləri Birliyinin fəaliyyətinə dair çıxış ediblər.

Çıxışlarda Azərbaycanda ali və orta ümumtəhsil məktəblərində alman dilinin tədrisi vəziyyəti və müəllimlərin ümumi problemləri təhlil edilib, bu problemlərin həlli və tədrisin vəziyyətinin yaxşılaşdırılması üçün ən vacib addımlar müəyyən olunub.

Alman dili və alman dili müəllimliyi peşəsi üçün birləşmək məqsədi ilə yaradılan Birlik bütün alman dili müəllimlərini Birliyə üzv olmağa dəvət edib.

16.10.2018 17:35 / Baxılıb: 355 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    18.11.2018
    17.11.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo