Bakı Şəhər İcra Hakimiyyətində yeni təyinat

Adəm Abbaslı/AZADİNFORM. Bakı Şəhər İcra Hakimiyyətində yeni təyinat olub.

Azadinform-un Bakı Şəhər İcra Hakimiyyətindən əldə etdiyi məlumata görə, Şəhər İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Eldar Əzizovun imzaladığı əmrə əsasən meriyanın Mətbuat xidmətinin işini fəallaşdirmaq, xidmətin tərkibini bilikli və bacarıqlı gənclərlə gücləndirmək məqsədilə Əliyeva Ayna Bəxtiyar qızı Bakı Şəhər İcra Hakimiyyəti Mətbuat xidmətinə işə qəbul olunub.

Ayna Əliyeva bu təyinata qədər Heydər Əliyev Mərkəzində mütəxəssis kimi çalışıb.

16.10.2018 17:10 / Baxılıb: 240 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.11.2018
    18.11.2018
    17.11.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo