Bakı sakini avtomobili ilə piyadanı vurub

Samir Soltanov/AZADİNFORM. Suraxanı rayonu, Dədə Qorqud qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. 

DİN-dən Azadinform-a verilən məlumata görə, oktyabrın 15-də saat 20 radələrində Suraxanı rayonunun Dədə Qorqud qəsəbəsi ərazisində Bakı şəhər sakini Ramal Məmmədov idarə etdiyi “Hyundai” markalı avtomobillə yolu keçən paytaxt sakini Vitaliy Anaşkini vurub. Nəticədə piyada xəstəxanaya aparılarkən yolda ölüb. 

Suraxanı rayon Polis idarəsi tərəfindən araşdırma aparılır.

16.10.2018 15:10 / Baxılıb: 318 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    16.11.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo