Bəzi ailələrdə uşaqlara dini xurafata əsaslanan fikirlər aşılanır

“Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanun layihəsi yüksək səviyyədə və beynəlxalq qanunvericilik nəzərə alınmaqla hazırlanıb, lakin qanun layihəsinə “dini xurafat” anlayışının əlavə edilməsini təklif edərdim”. 

Azadinform trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov parlamentin bu gün keçirilən iclasında çıxışı zamanı deyib. Ə. Amaşovun fikrincə, bəzi ailələrdə uşaqlara əsasən də dini xurafata əsaslanan fikirlər aşılanır ki, bu da sonradan özünü zərərli şəkildə büruzə verə bilir. 

Məktəblərdə "Həyat bilgisi" dərsinin keçirilməsinin müsbət hal olduğunu bildirən deputat vurğulayıb ki, sözügedən dərslikdə İslam dini haqqında düzgün məlumatlar aşılanır: “Bu baxımdan düşünürəm ki, qanun layihəsinə bu anlayışın əlavə edilməsi dini xurafata qarşı mübarizənin aparılmasında müsbət nəticə verə bilər”. 

Daha sonra çıxış edən millət vəkili Qənirə Paşayeva da qanun layihəsi haqqında müsbət fikirlərini bildirib. O qeyd edib ki, məktəblərdə uşaqlar marrifləndirilməli, onlara zərərli informasiyalardan qorunmağın yolları öyrədilməlidir: “Məktəblərdə maarifləndirmə tədbirlərinin həyata keçirilməsi zəruridir. Lakin burada valideynlər də uşaqları ilə yaxından maraqlanmalı, onları zərərli informasiyalardan qorumalıdır. Hesab edirəm ki, qanun layihəsi yaxın zamanda qüvvəyə minəcək və güclü şəkildə çalışacaq”.

16.10.2018 15:01 / Baxılıb: 269 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    17.11.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo