Tərtər-Hindarx avtomobil yolu yenidən qurulur - VİDEO - FOTO

Adəm Abbaslı/AZADİNFORM. Tərtər-Hindarx avtomobil yolu yenidən qurulur.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Azadinform-a verilən məlumata görə, layihə çərçivəsində 12 avtobus dayanacağı inşa ediləcək. Yol boyu hərəkətin norma təşkili üçünsə 66 yol nişanı, 22 km göstəricisi və 660 siqnal dirəyi quraşdırılacaq, 87 km uzunluğunda yolcizgi və yolgöstərici xətlər çəkiləcək.

Respublika əhəmiyyətli Tərtər-Hindarx avtomobil yolunun 26 km-lik hissəsinin yenidən qurulması ilə yol boyu nəqliyyat əlaqəsi xeyli rahatlaşacaq, vətəndaşların Tərtər və Hindarx istiqamətinə gediş-gəlişi asanlaşaq, yetişdirilən kənd təsərrüfatı məhsullarının bazarlara vaxtında çatdırılması imkanı yaranacaq.

 

16.10.2018 14:15 / Baxılıb: 431 / Çap
 
Bu bölmədə
 Xəbər lenti
17.11.2018
 
2018 All right reserved www.azadinform.az Powered by Danneo