BŞİH: Sürüşmə zonasındakı tikililəri rəsmiləşdirən şəxslər də məsuliyyət daşıyır

Adəm Abbaslı/AZADİNFORM. Badamdar qəsəbəsi, Badamdar şosesindəki kəskin dağ yamacında baş vermiş sürüşmə zonasında yerləşən mövcud tikililər əsas etibarı ilə keçən əsrin 90-cı illərində tikilmiş fərdi yaşayış evləridir.

Bunu Azadinform-a Bakı Şəhər İcra Hakimiyyətindən deyiblər. Verilən açıqlamaya görə, tikildikdən sonra bu tikililər vətəndaşlar tərəfindən rəsmiləşdirilib: “Lakin yamacdakı tikililərin sahibləri və bu tikililəri rəsmiləşdirən şəxslər mövcud landşafı nəzərə almalı idilər. Bu da onların üzərindən məsuliyyəti kənarlaşdırmır”.

BŞİH-in məlumatında bildirilir ki, Badamdar sürüşmə zonasında əksəriyyətində yaşayış olmayan 11 fərdi yaşayış evi var. Orada yaşayan sakinlərin köçürüldüyü və ərazidəki 2 obyektin fəaliyyətinin dayandırıldığı da məlumatda yer alıb.

16.10.2018 13:36 / Baxılıb: 466 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    18.11.2018
    17.11.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo