Neft sektoruna 4,5 milyard manata yaxın vəsait yönəldilib

Samir Soltanov/AZADİNFORM. Bu ilin 3 rübündə ölkənin neft sektoruna 4 milyard 431,4 milyon manat vəsait yönəldilib. 

Dövlət Statistika Komitəsindən Azadinform-a bildirilib ki, 9 ayda neft sektorunda 24 milyard 940,8 milyon manat dəyərində məhsul istehsal olunub. Sənayenin neft sektorunda istehsal əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,7 faiz artıb. Bu sektorda istehsal olunmuş əlavə dəyər isə 0,5 faiz çoxalıb. 

Sənaye məhsulunun 73,1 faizi mədənçıxarma sektorunda istehsal olunub. Sentyabr ayında sənaye məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə mədənçıxarma sənayesi üzrə 8,6 faiz bahalaşıb. 

Cari il sentyabrın 1-nə olan məlumata görə, iqtisadiyyatın neft sektorunda 33,8 min nəfər çalışıb. Yanvar-sentyabr aylarında neft sektorunda nominal əməkhaqqı 3 min 83,4 manat təşkil edib.

16.10.2018 13:02 / Baxılıb: 219 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    18.11.2018
    17.11.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo