Jurnalist Ərdoğana təzminat ödəyəcək 10 min lirə

Samir Soltanov/AZADİNFORM. Türkiyəli jurnalist Can Dündar bu ölkənin prezidenti Rəcəb Tayyib Ərdoğana təzminat ödəyəcək. 

Azadinform xəbər verir ki, 2014-cü ildə C. Dündarın qələmə aldığı köşə yazısı və 6 gün davam edən yazı silsiləsində Ərdoğanın şəxsiyyətinin alçaldılması səbəbi ilə prezidentin vəkili məhkəməyə şikayət edib. Şikayətdə prezidentin vəkili Xədicə Özay qarşı tərəfin 50 min lirə mənəvi təzminat ödəməsini tələb edib. Məhkəmə zamanı qarşı tərəf isə buna etirazını bildirib. Hakim Ərdoğanın şikayətinin qismən qəbul edilməsinə qərar verib. Qərara əsasən Can Dündar prezidentin şəxsiyyətini alçaltdığı üçün 10 min lirə mənəvi təzminat ödəyəcək.

16.10.2018 12:50 / Baxılıb: 670 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    16.11.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo