Zakir Həsənov Çexiyaya gedəcək

Adəm Abbaslı/AZADİNFORM. Müdafiə naziri general-polkovnik Zakir Həsənov çexiyalı həmkarının dəvəti ilə oktyabrın 17-dən 20-dək Çex Respublikasında işgüzar səfərdə olacaq.

Müdafiə Nazirliyindən Azadinform-a verilən məlumata görə, səfər çərçivəsində Çexiyanın Müdafiə naziri və digər dövlət qurumlarının rəhbərləri ilə görüşlər, həmçinin bu ölkənin müdafiə sənayesi müəssisələrinin istehsal etdiyi məhsullarla tanışlıq nəzərdə tutulur.

Görüşlər zamanı Azərbaycan ilə Çexiya arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparılacaq.

16.10.2018 11:25 / Baxılıb: 232 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    18.11.2018
    17.11.2018
     
    © 2018 All right reserved www.azadinform.az Powered by Danneo