San Fransisko Azərbaycanın Müstəqillik Günü ilə bağlı bəyannamə qəbul edib

Adəm Abbaslı/AZADİNFORM. ABŞ-ın San Fransisko şəhəri və vilayətinin Nəzarətçilər Şurası tərəfindən 18 oktyabr – Azərbaycan Respublikasının Müstəqillik Günü ilə əlaqədar təbrik bəyannaməsi qəbul edilib.

Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan Azadinform-a verilən məlumata görə, göndərilən və Nəzarətçilər Şurasının bütün üzvləri tərəfindən imzalanan bəyannamədə Azərbaycan xalqının müsəlman dünyasında ilk dünyəvi və demokratik respublika yaratdığı və regionda demokratiyanın yayılması və inkişafına önəmli töhfələr verərək böyük nailiyyətlərə imza atdığı vurğulanır.

Daha sonra sənəddə San Fransisko sakinləri və Nəzarətçilər Şurası adından Azərbaycan Respublikasının Müstəqillik Günü təbrik edilir. 

Qeyd edək ki, ABŞ-ın və Kaliforniyanın ən böyük şəhərlərindən olan San Fransisko Şimali Kaliforniyanın əsas mədəniyyət, təhsil, maliyyə və iqtisadi mərkəzidir. 900 minə yaxın əhalisi olan şəhər ABŞ-da əhalinin ən sıx məskunlaşdığı ikinci böyük şəhərdir.

16.10.2018 10:00 / Baxılıb: 245 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    18.11.2018
    17.11.2018
     
    © 2018 All right reserved www.azadinform.az Powered by Danneo