Elmar Məmmədyarov Lüksemburqda irlandiyalı həmkarı ilə görüşüb

Şərq Tərəfdaşlığı ölkələrinin Lüksemburqda keçirilən nazirlər görüşü çərçivəsində xarici işlər naziri Elmar Məmmədyarov İrlandiyanın xarici işlər və ticarət naziri Simon Koveney ilə görüşüb.

Azadinform xəbər verir ki, görüş zamanı tərəflər ikitərəfli münasibətlərin cari səviyyəsini müzakirə etdilər və əməkdaşlığın inkişafı üçün geniş potensialın olduğunu vurğulayıblar.

Tərəflər həmçinin beynəlxalq gündəlikdə duran məsələlər ətrafında fikir mübadiləsi apardılar və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və qarşılıqlı dəstək məsələlərinə toxunublar.

15.10.2018 23:43 / Baxılıb: 112 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    22.01.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo