Zaqatalada yaşlı kişini maşın vurub

Axşam saatlarında Zaqatala şəhərində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Məlumata görə, Zaqatala şəhəri, F.Əmirov küçəsi, ev 7 ünvanında yaşayan 1962-ci il təvəllüdlü Nizami Abdultalıb oğlu Həsənov “Bayraq meydan”ı adlanan ərazidə yolu keçmək istəyən zaman “Niva” markalı minik avtomobili tərəfindən vurulub.

Qəzadan sonra N.Həsənov Zaqatala Rayon Mərkəzi Xəstəxanasına (RMX) aparılıb. Müayinə zamanı ona sol ayağın baldır sümüklərinin qəlpəli yerdəyişən sınığı, bədənin çoxsaylı əziyi diaqnozu qoyulub. Yaralının müayinə və müalicəsini davam etdirmək üçün Bakı şəhərindəki xəstəxanalardan birinə göndərilməsi nəzərdə tutulub.

Faktla bağlı araşdırma aparılır. (report)

15.10.2018 22:46 / Baxılıb: 87 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.11.2018
    18.11.2018
    17.11.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo