İspaniyada qasırğa nəticəsində 17 nəfər xəsarət alıb

İspaniyanın Kataloniya Muxtar Vilayətində “Lesly” qasırğası nəticəsində 17 nəfər xəsarət alıb.

Azadinform “RİA Novosti”yə istinadən xəbər verir ki, fövqəladə qurumlar təbii fəlakət nəticəsində 6 minədək evin işıqsız qaldığını diqqətə çatdırıblar.

Kataloniyanın bir sıra bölgələrində leysan yağışlardan sonra “naringi təhlükə səviyyəsi” elan edilib. Həmçinin Barselonanın El Prat və Balear adalarındakı bir neçə hava limanlarından bir çox aviareys təxirə salınıb.

15.10.2018 22:05 / Baxılıb: 95 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    18.11.2018
    17.11.2018
     
    © 2018 All right reserved www.azadinform.az Powered by Danneo