Bolqarıstan "Eurovision" müsabiqəsini tərk edib

Bolqarıstan "Eurovision-2019" mahnı müsabiqəsində iştirakdan imtina edib.

Bu barədə Azadinform BNT milli telekanalına istinadən məlumat verir.

Təşkilatçı-telekanal bu addımı büdcə xərclərini azaltmaq üçün atıb.

Qeyd edək ki, bu il Portuqaliyada keçirilmiş "Eurovision" müsabiqəsinin qalibi İsrail nümayəndəsi Netta Barzilay olub.

Daha əvvəl İsrail 2019-cu ildəki müsabiqənin keçirilmə yeri kimi Təl-Əvivi seçib.

15.10.2018 20:54 / Baxılıb: 88 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    20.11.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo