ABŞ İranın neft ixracını tamamilə məhdudlaşdırmağa çalışır

ABŞ İrandan neft ixracının tamamilə dayandırılması üçün səylərini davam etdirir.

Azadinform “Reuters” agentliyinə istinadən xəbər verir ki, bunu ABŞ-ın İranla bağlı xüsusi münayəndəsi Brayan Huk bildirib. 

Onun sözlərinə görə, Ağ Ev hazırda neft bazarında tarazlığın bərqərar olduğu qənaətindədir: “İranın neft ixracını tezliklə tam şəkildə məhdudlaşdırmaq məqsədimiz olaraq qalır. Buna nail olmaq üçün biz İran neftinin idxalını getdikcə azaldan ölkələrlə işləyirik”.

“Enerji bazarının sabit qalacağına əminik. Hazırda bazar tarazdır və yüksək səviyyədə təmin olunub. Neft istehsalçıları ilə bundan sonra da yaxın təmasda olacağıq” – deyə ABŞ rəsmisi əlavə edib. 

Xatırladaq ki, rəsmi Vaşinqton bu ilin may ayında İranın nüvə proqramına dair razılaşmadan çıxıb. Bundan sonra ABŞ bəyan edib ki, İrana, eləcə də bu ölkə ilə əməkdaşlıq edən 3-cü ölkələrə qarşı sanksiyaları bərpa ediləcək. Bu il avqustun 7-dən ABŞ-ın İrana qarşı sanksiyalarının bir hissəsini bərpa edilib, neft sənayesini əhatə edən digər sanksiyaların isə noyabrın 4-dən qüvvəyə minəcəyi gözlənilir. 

15.10.2018 20:26 / Baxılıb: 95 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.11.2018
    18.11.2018
    17.11.2018
     
    © 2018 All right reserved www.azadinform.az Powered by Danneo