Vergilər naziri Şəmkirdə vətəndaşları qəbul edib

AZADİNFORM. Bu gün vergilər naziri Mikayıl Cabbarov Şəmkir şəhərində 14 saylı Ərazi Vergilər İdarəsinin inzibati binasında vətəndaşları qəbul edib. 

Azadinform Vergilər Nazirliyinə istinadən xəbər verir ki, qəbulda Gəncə şəhərinin, eŞəmkir, Naftalan, Goranboy, Samux, Göygöl, Daşkəsən, Gədəbəy, Tovuz, Ağstafa, Qazax və Kəlbəcər rayonlarının sakinləri iştirak edib.

Vətəndaşlar əsasən, yaranmış vergi borcları, vergi orqanlarında işlə təminat, kənd təsərrüfatı məhsullarının ixracı və vergi inzibatçılığı sahəsində qarşılaşdıqları məsələlərlə əlaqədar müraciət ediblər.

Vətəndaşların müraciətləri dinlənilib, əksər məsələlər yerindəcə həllini tapıb, bir sıra müraciətlərlə bağlı nazirliyin struktur bölmələrinə tapşırıqlar verilib.

15.10.2018 20:11 / Baxılıb: 93 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    18.11.2018
    17.11.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo