Elmar Məmmədyarov fransalı həmsədrlə görüşüb

Samir Soltanov/AZADİNFORM. Xarici işlər naziri Elmar Məmmədyarov Şərq Tərəfdaşlığı ölkələrinin Lüksemburqda keçirilən nazirlər görüşü çərçivəsində ATƏT-in Minsk Qrupunun Fransadan olan həmsədri Stefan Viskonti ilə görüşüb. 

XİN-in Mətbuat Xidmətindən Azadinform-a verilən məlumata görə, tərəflər BMT-nin Baş Assambleyası çərçivəsində Nyu Yorkda baş tutan birgə görüşdən sonra danışıqlar prosesinin hazırkı vəziyyətini müzakirə edib və ATƏT-in Minsk Qrupunun həm-sədrlərinin bölgəyə qarşıdan gələn səfəri üzrə fikir mübadiləsi aparıblar.

15.10.2018 19:00 / Baxılıb: 131 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    20.01.2019
    19.01.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo