Bu sammitin İrəvanda keçirilməsini Paşinyanın uğuruna yazmaq lazım deyil

Ləman Hüseynzadə / AZADİNFORM. “Frankofoniya görüşü Nikol Paşinyan istəyən səmtdə keçmədi. Çünki əvvəla orda Kanada ilə Fransa arasında ziddiyyətli bir məsələ baş verdi. Bu, özü özlüyündə ona işarə edir ki, Frankofoniya hərəkatının özündə də aparıcı dövlətlər arasında müəyyən ziddiyyətlər var”.

Bu fikirləri Azadinform-a açıqlamasında Qərbi Kaspi Universitetinin professoru, politoloq Fikrət Sadıqov deyib.

O bildirib ki, əgər Paşinyan hesab edirsə, fransız dilində danışanlar Ermənistanı dəstəkləyir, bu böyük bir səhvdir: “Çünki Frankofoniya hərəkatının bir sıra dövlətləri Azərbaycanla yaxın münasibətdədir. Onların arasında partnyorlarımız da var, bizlə birgə müxtəlif sahələrdə münasibətləri yaxşılaşdırmaq fikrində olmaq istəyən dövlətlər də çoxdur. Ona görə də hesab etmirəm ki, Beynəlxalq Frankofoniya Təşkilatının sammitinin İrəvanda keçirilməsini Paşinyanın uğuruna yazmaq lazımdır. Sadəcə olaraq parlament seçkiləri ərəfəsində xarici siyasətdə belə bir addımın atılması ona yönəlib ki, daxildə guya bunun reytinqi daha da yüksəlsin və nüfuzu artsın. Amma düşünürəm ki, orda hər halda bir çox adamlar belə bir qənaətə gəlməyib və bu da reallıqdır”.

15.10.2018 17:22 / Baxılıb: 335 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.11.2018
    18.11.2018
    17.11.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo