Ehtiyatsızlıq ölümə səbəb olub Qonşusunu gülləyib

Samir Soltanov/AZADİNFORM. Şabranda ov tüfəngi ilə ehtiyatsızlıq ölümə səbəb olub. 

DİN-dən Azadinform-a verilən məlumata görə, oktyabrın 13-də Şabran rayonunun Zeyvə kənd sakini Mahir Şıxəliyev qırma yaraları ilə xəstəxanaya gətirilib və həmin gün orada ölüb. 

Polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən aparılan araşdırmalar zamanı qonşusu olan bir yeniyetmənin ov tüfəngi ilə ehtiyatsız davranması nəticəsində açılmış atəşlə M.Şıxəliyevin baş nahiyəsinə xəsarət yetirməsi müəyyən edilib. 

Yeniyetmə saxlanılıb, “TOZ-12” və “İJ-16” markalı tüfənglər maddi sübut kimi götürülüb. 

Faktla bağlı cinayət işi başlanıb.

15.10.2018 16:52 / Baxılıb: 355 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    17.01.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo