Ulu Öndər Heydər Əliyevin siyasi kursu uğurla davam etdirildi

Nərgiz Məmməd/AZADİNFORM. “Bu gün Prezident cənab İlham Əliyevin dövlət başçısı seçilməsinin 15 ili tamam olur. Cənab Prezidentin fəaliyyətinin əsas nəticəsi Azərbaycanın müstəqil daxili və xarici siyasət nəticəsində dövlətçiliyini qoruyub saxlaması və möhkəmləndirməsi oldu”.

Azadinform xəbər verir ki, bu fikirləri millət vəkili Aydın Mirzəzadə bildirib. Millət vəkili qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin siyasi kursu uğurla davam etdirildi: “Vətəndaşların hüquq və azadlıqlarını təmin etmək, iqtisadiyyatı gücləndirmək, insanların sosial vəziyyətini yaxşılaşdırmaq və ölkənin beynəlxalq nüfuzunu möhkəmləndirmək mümkün oldu. Dağlıq Qarabağ məsələsində Azərbaycanın mövqeyi gücləndi, Ermənistanın izolyası gücləndi və beynəlxalq birliyin dəstəyi daha çox oldu. Prezident İlham Əliyevin siyasəti nəticəsində Azərbaycan daha inamlı oldu və milli maraqlarını qoruya bilən bir ölkə imicini daha da gücləndirdi”.

15.10.2018 15:38 / Baxılıb: 552 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    18.11.2018
    17.11.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo