Almeyda 1-ci, Qara 2-ci oldu UEFA-nın siyahısı

Samir Soltanov/AZADİNFORM. Millimizin üzvləri Riçard Almeyda və Qara Qarayev UEFA Millətlər Liqasının 4-cü turunun ilk oyun günündən sonra da ən çox dəqiq ötürmə verən futbolçuların siyahısında ilk 3-lükdə yer alıblar. 

Azadinform UEFA-nın saytına istinadən xəbər verir ki, braziliyalı milliləşmiş yarımmüdafiəçi 4 oyunda 298 dəqiq ötürmə ilə yenə siyahıya başçılıq edir. Qarayev isə ötən turla müqayisədə bir pillə irəliləyərək 2-ci yerdə qərarlaşıb. Onun aktivində 276 dəqiq ötürmə var. 

Millimizin rəqibi Kosovo yığmasının üzvü Herolind Şala isə 253 ötürmə ilə 3-cüdür. 

Qeyd edək ki, D liqasında mübarizə aparan millimiz dünən Bakıda Malta ilə 1:1 hesablı heç-heçə edib.

15.10.2018 15:12 / Baxılıb: 339 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    20.11.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo