15 il ərzində gələcək inkişaf üçün çox ciddi bir təməl yaradılıb

Ləman Hüseynzadə / AZADİNFORM. “Azərbaycan bu 15 illik müddətdə inkişaf göstəricilərinin ən sürətli dövrünü keçib”.

Bu fikri Azadinform-a açıqlamasında Milli məclisin deputatı Asim Mollazadə deyib.

O bildirib ki, Azərbaycan iqtisadiyyatı bu müddət ərzində kifayət qədər artıb, enerji layihələri həyata keçirilib: “Həmçinin, Azərbaycan strateji beynəlxalq layihələrlə dünyanın qitələrini birləşdirməyə nail olub. Bununla yanaşı, ölkəmizin xarici siyasətində strateji tərəfdaşlıq və əməkdaşlıq əsas bir xətt kimi inkişaf edib. Eyni zamanda, Azərbaycan öz multikultural dəyərlərini dünyaya açıqlamaq istiqamətində çox böyük işlər görüb. 15 il ərzində dövlətimiz gücləndirilib, iqtisadi inkişafa nail olub və gələcək inkişaf üçün isə  çox ciddi bir təməl yaradılıb”.

15.10.2018 13:33 / Baxılıb: 556 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    18.11.2018
    17.11.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo