Azərbaycan bütün uğurlara ölkə başçısının fəaliyyəti sayəsində nail olub

Ləman Hüseynzadə / AZADİNFORM. “Keçən 15 illik dövr ərzində Azərbaycan beynəlxalq münasibətlər sistemində söz sahibinə çevrilib”.

Bu fikri Azadinform-a açıqlamasında Milli Məclisin deputatı Fəzail İbrahimli deyib.

O bildirib ki, bu müddət ərzində Azərbaycan dünyanın ən mötəbər təşkilatı olan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib: “Bu gün dünyanın bütün iri təşkilatlarından Azərbaycanın səsi gəlir. Azərbaycan dünya dövlətlərinin boy sırasında öz yeri və rolu olan ölkəyə çevrilib. Azərbaycan regionun ən qüvvətli dövlətlərindən hesab olunur. Regionda hər hansı bir addımın atılması Azərbaycanın bilavasitə iştirakı ilə həyata keçirilir. Ölkəmiz beynəlxalq enerji sisteminə qoşulub və burda söz sahibinə çevrilib. Eyni zamanda, Azərbaycan dünyaya yeni libasda təqdim olunub. Azərbaycanın hər bir rayonu, kəndi, qəsəbəsi yeni simada dünyaya nümayiş olunub. Azərbaycan bütün bu sadaladığım uğurlara ölkə başçısının fəaliyyəti əsasında sahib olub”.

Millət vəkili qeyd edib ki, Prezident İlham Əliyevin ötən 15 illik dövr ərzində fəaliyyətinə dair cildlərlə kitablar, əsərlər yazılıb: “Ona görə də bir müsahibədə bunların hamısını hərtərəfli əhatə etmək olmaz. Mən sadəcə bunun tezislərini dedim. Azərbaycan beynəlxalq münasibətlər sistemində öz yeri, rolu və sözü olan bir dövlətə çevrilib”.

15.10.2018 12:00 / Baxılıb: 437 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    16.11.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo