Prezident İlham Əliyev və xanımı Lənkərana səfər edib

Adəm Abbaslı/AZADİNFORM. Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Lənkəran rayonuna səfərə gəliblər.

Azadinform xəbər verir ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Lənkəran şəhərindəki Heydər Əliyev xatirə parkında Ulu Öndərin yeni ucaldılan abidəsini ziyarət edərək önünə gül dəstələri qoydular.

Lənkəran Rayon İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov dövlətimizin başçısına və xanımına Heydər Əliyev xatirə parkında görülən abadlıq işləri barədə məlumat verdi.

Bildirildi ki, xatirə parkında şəhər sakinlərinin və qonaqların istirahəti üçün hərtərəfli şərait yaradılıb.

15.10.2018 11:22 / Baxılıb: 428 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    18.11.2018
    17.11.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo