İranda terror qruplaşması zərərsizləşdirilib

İranın kəşfiyyat xidmətinin əməkdaşları Kermanşah əyalətində terror qruplaşmasını zərərsizləşdiriblər.

Azadinform-un məlumatına görə, bu barədə İranın kəşfiyyat nazirliyindən bildiriblər.

Qeyd edilir ki, terror qruplaşmasına qarşı keçirilən əməliyyat zamanı 2 terrorçu məhv edilib. Terrorçulardan bir neçə silah, qumbara və sənədlər götürülüb.

Bildirilir ki, terrorçular ölkəyə qərb sərhədlərindən daxil olublar.

14.10.2018 20:48 / Baxılıb: 115 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.11.2018
    18.11.2018
    17.11.2018
     
    © 2018 All right reserved www.azadinform.az Powered by Danneo