Tramp müdafiə nazirinin mümkün istefasından danışıb

ABŞ prezidenti Donald Tramp Pentaqon rəhbəri Ceyms Mettislə ziddiyyətlər barədə danışıb.

Azadinform xəbər verir ki, bu barədə dövlət başçısı CBS telekanalının efirində söhbət açıb.

Ağ Ev rəhbəri Mettisin istefaya gedəcəyini istisna etməyib. Müdafiə nazirinin vəzifəsindən getmək niyyətinin olub-olmaması barədə suala Tramp belə cavab verib: "Mən bu barədə bilmirəm, o, mənə deməyib". Bununla yanaşı, prezident əlavə edib ki, Mettislə münasibətləri əladır.

"Lakin ola bilsin, istefaya getsin", - deyə Tramp bildirib. O, əlavə edib ki, hamı bir dəfə vəzifədən istefaya gedir.

Qeyd edək ki, Mettis sentyabrda KİV-də istefaya gedəcəyi barədə xəbərlərə yumorla yanaşmağa çağırıb.

14.10.2018 19:17 / Baxılıb: 100 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    17.11.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo