ETSN: "Badamdarda fərdi tikililərin hasarlarında çatlar və oturmalar qeydə alınıb"

AZADİNFORM. Badamdar 20-ci sahə avtomobil yolunun sağ kənarındakı sürüşmə zonasında müşahidələr sutka ərzində davam etdirilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) tərəfindən yaradılan Qərargahdan Azadinform-a verilən məlumata görə, artıq fərdi tikililərin hasarlarında çatlar və oturmalar qeydə alınıb.

"Sürüşmə zonasında müşahidələr davam etdirilib. Saat 15:00 -a olan məlumata əsasən, sürüşmə ocağında aktivlik qalmaqdadır. Lakin sürüşmə kütləsində ciddi dəyişiklik baş verməyib. Hazırda sürüşmə kütləsini təşkil edən süxur qırıntılarının yola hərəkəti müşahidə olunur. Eyni zamanda srüşmənin üst hissəsindəki fərdi tikililərin hasarlarında sürüşməyə tərəf hissədə çatlar və oturmalar qeydə alınıb", - deyə məlumatda bildirilir.

14.10.2018 15:43 / Baxılıb: 106 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    20.11.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo