ETSN: "Sürüşmə ərazisində dəyişiklik qeydə alınmayıb"

AZADİNFORM. Badamdar 20-ci sahə avtomobil yolunun sağ kənarındakı sürüşmə zonasında müşahidələr sutka ərzində davam etdirilib.

Azadinform xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) yaratdığı Qərargahın saat 9:00-a olan məlumatında deyilir.

"Son 12 saatda sürüşmə kütləsi üzərində vizual müşahidə edilə bilən dəyişikliklər qeydə alınmayıb", - deyə ETSN-in mətbuat xidmətindən bildirilib.

Bundan əvvəl Qərargah üzvlərinin ərazidə növbətçilik əsasında müşahidələr apardığı qeyd edilmişdi.

14.10.2018 10:08 / Baxılıb: 159 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.03.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo