"Badamdarda növbətçilik əsasında müşahidələr davam etdirilir"

Badamdar 20-ci sahə avtomobil yolunun sağ kənarındakı sürüşmənin dinamikasında ötən saatlara nisbətən ciddi dəyişiklik baş verməyib.

Azadinform xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) tərəfindən yaradılan Qərargahın son məlumatında deyilir.

Bildirilir ki, sürüşmə kütləsi üzərində xırda uçqun prosesi davam edir.

"Qərargah üzvləri ərazidə növbətçilik əsasında müşahidələri davam etdirir", - deyə məlumatda qeyd olunub.

Qeyd edək ki, Badamdar bu gün 20-ci sahə yolu kənarında baş verən sürüşmə prosesinin gedişatına nəzarətin gücləndirilməsi, mütəmadi müşahidələrin mərkəziləşdirilmiş qaydada təşkili məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) tərəfindən Qərərgah yaradılıb.

13.10.2018 21:19 / Baxılıb: 131 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    20.10.2018
    19.10.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo