Nazirlik: Sürüşmənin dinamikasında aktivlik dayanmayıb

Eşqin Nuruşov/AZADİNFORM. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının mütəxəssisləri Badamdar – 20-ci sahə avtomobil yolunun sağ kənarındakı sürüşmə sahəsində müşahidələri növbətçilik rejimində davam etdirirlər.

Azadinform xəbər verir ki, bu barədə nazirliyin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bildirib.

O qeyd edib ki, ən son məlumata görə, sürüşmənin dinamikasında aktivlik dayanmayıb. İstinad divarından aşağıda sürüşmə kütləsinin hərəkəti davam edir.

13.10.2018 09:50 / Baxılıb: 127 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    17.11.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo