FIFA Dominikan Futbol Federasiyasının prezidentinə ağır cəza verib

FIFA Dominikan Futbol Federasiyasının prezidenti Osiris Quzmana ağır cəza verib. 

Azadinform qurum saytına istinadən xəbər verir ki, FIFA federasiya rəhbərinin 10 il müddətinə futbolla bağlı istənilən fəaliyyətlə məşğul olmasına qadağa qoyub. 

O, həmçinin 150 min isveçrə frankı məbləğində də cərimələnib. Quzman FIFA-nın etik davranış qaydalarını pozmaqda və rüşvət almaqda ittiham olunur. 

Qeyd edək ki, Osiris Quzman daha öncə vəzifəsindən 90 günlük kənarlaşdırılmışdı. 

12.10.2018 21:23 / Baxılıb: 51 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    15.10.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo