Azay Quliyev Berlinə gedir

AZADİNFORM. ATƏT PA-nın vitse prezidenti, Milli Məclisin deputatı Azay Quliyev 15 oktyabr 2018-ci ildə Berlində Aşağı Saksoniya əyalətinin Federal Hökumət nümayəndəliyinin  təşkilatçılığı ilə “Almanya-Azərbaycan münasibətləri: ümumi tarix və gələcək prespektivlər” adlı konfransda iştirak edəcək.

Azadinform xəbər verir ki, Azay Quliyev konfransın “Cənubi Qafqaz regionunda sülh və təhlükəsizlik kontekstində Almanya-Azərbaycan münasibətləri” adlı panelində məruzəylə çıxış edəcək. 

Məlumat üçün bildiririk ki, konfransda Almanya Bundestaqının yüksək vəzifəli şəxsləri və üzvləri, Azərbaycan Milli Məclisinin deputatları, Cənubi Qafqaz üzrə  ekspertlər və digər rəsmi şəxslər iştirak edəcək.

12.10.2018 20:46 / Baxılıb: 100 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    15.10.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo