Məşhur futbolçu "Monako"nun baş məşqçisi təyin oluna bilər

Futbol üzrə Fransa yığmasının sabiq futbolçusu Tyerri Anri "Monako"nun baş məşqçisi təyin oluna bilər.

Azadinform "L’Equipe"ə istinadən xəbər verir ki, hazırda Belçika millisində baş məşqçi Roberto Martinezin köməkçisi olan Anri oktyabrın 13-də öz postunu tərk edəcək. Onun oktyabrın 15-də "Monako"nun baş məşqçisi təyin olunacağı iddia olunur. 

Qeyd edək ki, "Monako" baş məşqçisi Leonardu Jardim ilə yollarını ayırıb. Komanda bu mövsüm Fransa çempionatında keçirdiyi 9 oyundan 6 xal toplayıb və 18-ci pillədə qərarlaşıb. 

12.10.2018 20:05 / Baxılıb: 107 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    17.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo