"Maykl" qasırğası qurbanlarının sayı 11-ə çatıb

ABŞ-da "Maykl" tropik qasırğası nəticəsində ölənlərin sayı 11 nəfərə çatıb.

Bu barədə Azadinform "RİA Novosti"yə istinadən xəbər verir.

ABŞ-ın Virciniya ştatının Fövqəladə Hallar Departamentinin məlumatına görə, ştatın 5 sakini ölüb, 520 min nəfər elektrik enerjisiz qalır.

Daha əvvəl 6 nəfərin öldüyü bildirilirdi.

"Maykl" qasırğası Hərbi Hava Qüvvələrinin Floridadakı bazasına ciddi ziyan vurub.

Qasırğanın vurduğu potensial zərər milyardlarla dollar dəyərində qiymətləndirilir.

12.10.2018 19:28 / Baxılıb: 55 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    20.10.2018
    19.10.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo