Ermənistanda əsgərin ölümü ilə bağlı komandir həbs edilib

Ermənistan Silahlı Qüvvələrinin bölük komandiri sıravi əsgər Gevork Aroyanın ölüm faktı ilə bağlı başlayan cinayət işi çərçivəsində həbs edilib.

Azadinform Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə ölkə İstintaq Komitəsinin Mətbuat xidməti yayıb.

Bildirilib ki, faktla bağlı çavuşa və baş çavuşa qarşı cinayət işi başlayıb. Onlar barəsində həbs qətimkan tədbiri seçilib.

Onlar hərbçiyə qarşı güc tətbiq etməkdə ittiham olunurlar.

Hadisə ilə bağlı istintaq davam edir.

Məlumata görə, oktyabrın 1-də hərbi hissədə odlu silahdan açılan atəşdən yaralanan 21 yaşlı əsgər Gevork Aroyan aşkarlanıb. Hospitala gətirilsə də, onu xilas etmək mümkün olmayıb. 

12.10.2018 19:16 / Baxılıb: 48 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    20.10.2018
    19.10.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo