SOCAR Gazpromla Azərbaycana qaz tədarükünü müzakirə edib

Samir Soltanov/AZADİNFORM. SOCAR Rusiyanın “Gazprom” şirkəti ilə Azərbaycana təbii qaz tədarükünü müzakirə edib. 

Azadinform xəbər verir ki, bu barədə “Gazprom” məlumat yayıb. Bildirilir ki, SOCAR-ın prezidenti Rövnəq Abdullayev oktyabrın 12-də Sankt-Peterburqda “Gazprom”un idarə heyətinin sədri Aleksey Miller ilə görüşüb. Görüşdə Azərbaycana qaz tədarükü müzakirə olunub. 

Qeyd edilib ki, təbii qaz nəqli bərpa edilən vaxtdan - 2017-ci il noyabrın 22-dən indiyə qədər “Gazprom” Azərbaycana 1,15 milyard kubmetr qaz göndərib. Tərəflər bu istiqamətdə əməkdaşlığın perspektivlərini müzakirə ediblər.

12.10.2018 18:54 / Baxılıb: 66 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    20.10.2018
    19.10.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo