Moldova ilə hökumətlərarası komissiyanın Azərbaycan tərəfindən yeni tərkibi

Samir Soltanov/AZADİNFORM. Prezident İlham Əliyev “Azərbaycan Respublikası ilə Moldova Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Prezidentinin 2006-cı il 22 noyabr tarixli 1787 nömrəli sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb. 

Azadinform xəbər verir ki, dəyişikliyə əsasən, Komissiyanın tərkibi aşağıdakı redaksiyada verilir: 


“Komissiyanın sədri


Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri


Komissiyanın üzvləri


Azərbaycan Respublikası xarici işlər nazirinin müavini

Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini

Azərbaycan Respublikası energetika nazirinin müavini

Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini

Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini

Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin sədri

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini

Azərbaycan Respublikasının Moldova Respublikasında fövqəladə və səlahiyyətli səfiri.”. 

Xarici İşlər Nazirliyinə bu sərəncamla edilən dəyişiklik barədə Moldova tərəfinə bildiriş göndərmək tapşırılıb.

12.10.2018 18:36 / Baxılıb: 65 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    20.10.2018
    19.10.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo