Azərbaycan şirkətləri Çində keçiriləcək sərgilərdə iştirak edəcək

Samir Soltanov/AZADİNFORM. Bakı Biznes Mərkəzində İxracatçılar Klubunun növbəti iclası keçirilib. 

İqtisadiyyat Nazirliyindən Azadinform-a verilən məlumata görə, nazirliyin dəstəyi və AZPROMO-nun təşkilatçılığı ilə keçirilən tədbirdə bu ilin noyabr ayında Çinin Şanxay şəhərində keçiriləcək “Çin Beynəlxalq İdxal Sərgisi” və “Prowine China” beynəlxalq şərab sərgisində iştirak edəcək şirkətlərin nümayəndələri ilə müzakirələr aparılıb. 

İxracatçılar klubunun icraçı direktoru Zöhrab Qədirov “Made in Azerbaijan” brendinin xarci ölkələrdə təşviqi istiqamətində görülən işlərin əhəmiyyətindən danışıb, yerli məhsulların xarici bazarlarda tanıdılması və ixracının artırılması məqsədilə xarici ölkələrdə təşkil olunan sərgi və digər tədbirlər barədə məlumat verib. Qeyd olunub ki, Azərbaycan istehsalı olan məhsullar xarici bazarlarda, xüsusilə Çin bazarında böyük maraqla qarşılanır. Məhz bu səbəbdən yerli məhsulların Çində təşkil edilən sərgilərdə təqdim olunması əhəmiyyətlidir. 

Tədbirdə Şanxayda keçiriləcək “Çin Beynəlxalq İdxal Sərgisi”ndə və “Prowine China” sərgisində yerli məhsulların nümayiş olunacağı “Made in Azerbaijan” vahid ölkə stendlərinə dair təqdimat keçirilib, sahibkarların təklifləri dinlənilib.

12.10.2018 18:45 / Baxılıb: 61 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    20.10.2018
    19.10.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo