Arif Əzizova Prezidentin fərdi təqaüdü verilib

Samir Soltanov/AZADİNFORM. Prezident İlham Əliyev Arif Əzizova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb. 

Azadinform xəbər verir ki, sərəncamda qeyd edilir ki, Naxçıvan Muxtar Respublikasında tikinti və tarix-memarlıq abidələrinin bərpası sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Arif Bəylər oğlu Əzizova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilsin. 

Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll edəcək.

12.10.2018 18:08 / Baxılıb: 75 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    20.10.2018
    19.10.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo