İstirahət günləri hava yağışlı olacaq

Samir Soltanov/AZADİNFORM. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti həftəsonu - oktyabrın 13-14-də səyahətə çıxmağı planlaşdıranlar üçün hava proqnozunu açıqlayıb. 

Departamentdən Azadinform-a verilən məlumata görə, Böyük və Kiçik Qafqaz bölgəsinin bəzi yerlərində arabir yağış yağacağı gözlənilir. Havanın maksimal temperaturu dağətəyi rayonlarda 13-18°, dağlıq rayonlarda 8-13° isti olacaq. 

Lənkəran-Astara bölgəsinə üz tutanları arabir yağışlı hava şəraiti gözləyir. Havanın maksimal temperaturunun 17-21°, dağlıq rayonlarda 12-16° isti olacağı ehtimalı var. 

Aran rayonlarında oktyabrın 13-də gündüz, 14-də gün ərzində əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq. Havanın maksimal temperaturunun 18-23° isti olacağı gözlənilir. 

Naxçıvan Muxtar Respublikasında hava şəraiti əsasən yağmursuz keçsə də, səhər saatlarında bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Havanın maksimal temperaturunun 19-24° isti olacağı proqnozlaşdırılır. 

Paytaxtda isə oktyabrın 13-də gecə və səhər, 14-də isə günün birinci yarısında bəzi yerlərdə yağış yağacağı ehtimal edilir. Oktyabrın 13-də gündüz, 14-də gün ərzində mülayim şimal-şərq küləyi üstünlük təşkil edəcək. Havanın maksimal temperaturunun 17-20° isti olacağı bildirilir.

12.10.2018 17:45 / Baxılıb: 74 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    20.10.2018
    19.10.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo