Görüşdə Astana formatının da müqəddəratı həllini tapa bilər

Ləman Hüseynzadə / AZADİNFORM. “Putinlə Ərdoğan görüşü geniş məsələləri əhatə edir. Görüş həm regionda olan vəziyyət, həm Suriya və İraqda olan siyasi hərbi durum, həm də Qafqaz bölgəsində Ermənistanın naməlum hərəkətləri və digər məsələləri şərtləndirir”.

Bu fikirləri Azadinform-a açıqlamasında politoloq Tofiq Abbasov deyib. O bildirib ki, görüş çərçivəsində həmçinin, Astana formatının da müqəddəratı öz həllini tapa bilər: “Çünki Rusiya-Türkiyə-İran Suriya məsələsində üç tərəf kimi çıxış edirlər və orada gərginliyin azaldılması kimi problemlər gündəmdədir. Türkiyə onsuzda bu problemlər çərçivəsində birmənalı mövqe sərgiləmir. Çünki əgər Rusiya ilə İran faktiki olaraq anti-Qərb mövqeyindən çıxış edirlərsə Türkiyə bu proseslərdə hardasa geri çəkilmək üçün bir körpünü hər zaman saxlayır. Bu da ondan ibarətdir ki, o, ABŞ-la bütün təzadlı münasibətlər haqqında barışıq imkanlarını, ehtimalını saxlamaqda davam edir”.

Politoloq qeyd edib ki, Türkiyə İranın imkanlarını məhdudlaşdırmağa çalışır: “Əgər Rusiya Tehranın cəhdlərinə göz yumubsa Türkiyə çalışır, Tehranı hardasa bərk və ziddiyyətli qarşıdurmaya sürükləsin. Bu baxımdan bu görüşdə əksinə çox təzadlı mövqelər sərgilənə bilər. Soçi görüşünə nisbətən mülayim bir son var idisə indi əksinə gərginlik özünü göstərə bilər. Çünki artıq bütün üstü örtülü oyunlar yavaş-yavaş yox səviyyəsinə çatır və bütün iştirakçıların əsl niyyətləri qabarıq şəkildə büruzə verir. Heç də istisna etmirəm ki, görüşdə mövqelərin, yanaşmaların toqquşması ziddiyyətləri qabarıq şəkildə açıb ortaya qoysun”. 

12.10.2018 17:35 / Baxılıb: 112 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    20.10.2018
    19.10.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo